Azərbaycanda bu yüksək vəzifə kresloları boşdur: İki nazir, iki icra başçısı...

Azərbaycanda bu yüksək vəzifə kresloları boşdur: İki nazir, iki icra başçısı...

5 Avqust 2021 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda sahibini gözləyən yüksək vəzifələrin sayı getdikcə artır.

Oxuməni.az xəbər verir ki, iki nazir, iki icra başçısı və beş deputat kürsüsü boşdur.

15 il hökümət üzvü olmuş mərhum Gənclər və İdman naziri Azad Rəhimov bu il aprel ayının 30-u dünyasını dəyişsə də onun yerinə hələ də təyinat olmayıb. 99 gündür yalnız idman ictimaiyyəti deyil, həm də cəmiyyət yeni nazirin kim olacağını səbrsizliklə gözləyir.

Ölkənin ən stajlı məmurlarından sayılan, sələfi Əli İnsanovdan sonra 16 il onu əvəz edən Oqtay Şirəliyevin tərk etdiyi kürsü də 3 aydan çoxdur ki, boş qalıb. Şirəliyev cari il aprelin 23-ü prezident İlham Əliyev tərəfindən tutduğu vəzifədən azad edilsə də bu günə kimi onun yerinə təyinat olmayıb. Mətbuatda onu əvəzləməyə şanslı olan bir neçə nəfərin adı hallansa da hələ ki, bəxt onların heç birinin üzünə gülməyib.

Başsız qalmış rəsmi strukturlar sırasında Nizami Rayon İcra hakimiyyəti də var. İcra başçısı Arif Qasımov 11 iyul 2020-ci il tarixində dövlət başçısının müvafiq sərəncamı ilə işdən çıxarılsa da bu günə kimi onun da yerinə təyinat olmayıb.

Cəlilabadın sabiq İcra Başçısı Namiq Zeynalovun vəzifə ömrü “uzun” çəkdiyi üçün bu rayon da xeyli vaxtdır yeni rəhbərinin yolunu gözləyir. Xatırladaq ki, 6 fevral 2018-ci ildə icra başçısı postuna təyinat alan Zeynalov fəaliyyətinin 2 ili tamam olmamış - 7 dekabr 2021-ci ildə tutduğu vəzifədən azad edilib. Ötən il dekabr ayının 9-u Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilən Zeynalov azadlığa çıxacağı günü, cəlilabadlılar isə yeni başçının gəlişini səbrsizliklə gözləyirlər.

Sabiq deputat Eldəniz Səlimovun həbsi ilə Azərbaycan parlametində boş qalan yerlərin sayı 6-a çatdı.

9 fevral 2020-ci il tarixində Milli Məclisdə keçirilən seçkilər zamanı 4 dairənin nəticələri etibarsız sayıldığı üçün o vaxt parlamenti tam tərkibdə formalaşdırmaq mümkün olmamışdı. 4 avqust 2020-ci ildə 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilmiş Fəttah Heydərov qəfildən dünyasını dəyidiyinə görə boş qalan yerləin sayı 5-ə çatdı.

Polisi döydüyü üçün qısa müddətdə məşhurlaşan Eldəniz Səlimovun həbs edilməsi ilə Milli Məclisdə boş qalmış kürsülərin sayı faktiki olaraq 6-a çatıb.

Bəzi məmurların və deputatların siyasi təfəkkürdən kasad olması, vəzifəyə var-dövlət sərvət toplamaq üçün vasitə kimi baxması, Azərbaycanda hələ çox kürsülərin (oxu: papaqların-red) boş qalacağını söyləməyə əsas verir.