Deputat Cavanşir Feyziyevin oğluyla bağlı şok iddia - 1 mln. 176 min manatlıq şübhəli müqavilə

Deputat Cavanşir Feyziyevin oğluyla bağlı şok iddia - 1 mln. 176 min manatlıq şübhəli müqavilə

18 Avqust 2021 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildir fəaliyyətə başlayıb, pilot layihələr icra edib, amma bununla bağlı normal məlumatlar yaymayıb. Qurumun fəaliyyəti ilə bağlı ciddi suallar var, əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin”.

Oxuməni.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“İndi də məlum olur ki, Agetlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb. Müqavilənin dəyəri 1 mln. 176 min manatdır. Yəni Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada.

Məsələnin maraqlı tərəfi odur ki, həmin obyektin sahibi gənc bir insandır – Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, o, deputat Cavanşir Feyziyevin oğludur. Bu da Azərbaycan fenomenidir. Bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderlər udurlar, bu "sirri" şotland elm adamları da çözə bilməz”, - deyə ekspert əlavə edib.