“Azərbaycan Türkiyə və Avropaya qaz nəqlini artıracaq“ - Nazir

“Azərbaycan Türkiyə və Avropaya qaz nəqlini artıracaq“ - Nazir

14 Oktyabr 2021 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan 2022-ci ildə Avropa və Türkiyəyə qaz ixracını 16 milyard kubmetrə qədər artırmağı planlaşdırır".

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə deyib.

O bildirib: “Türkiyəyə Avropa istiqamətində qaz nəql edirik. Cənub Qaz Dəhlizi üçün 16 milyard planlaşdırmışıq və son nəticədə illik 16 milyard kubmetr həcminə çatacağıq. Tam olaraq gələn il Türkiyəyə və Avropaya qaz ixrac ediləcək. Türkiyəyə 6 milyard, Avropaya 10 milyard kub metr".

Enerji naziri qeyd edib ki, Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü barədə razılığa gəlib.