Avtomobil nömrələri ilə bağlı yeni rüsumlar müəyyənləşdi - Siyahı

Avtomobil nömrələri ilə bağlı yeni rüsumlar müəyyənləşdi - Siyahı

1 Noyabr 2021 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı dövlət rüsumları müəyyənləşib.

Oxumnəni.az xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat;

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 200;

111,222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.