"Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır" - Qubad İbadoğlu

"Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır" - Qubad İbadoğlu

1 Noyabr 2021 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Ədalətiniz olsun, Azərbaycan xalqına öz sərvətini Gürcüstanla müqayisədə 1,6 dəfə baha satmayın!"

"Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda xaricə satdığımız qazın ölkələr üzrə miqdar, dəyər göstəriciləri yer alıb".

Oxuməni.az Hurriyyet.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu deyib.

Qazın hər 1000 kub metrindən Azərbaycanın qazancını hesabladığını qeyd edən iqtisadçı alimin sözlərinə görə, Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır: "Türkiyə və Bolqarıstana satdığı qazın qiyməti ilə demək olar ki, eynidir. Adını çəkdiyim ölkələrin hamısı qaz idxalatçılarıdır. Necə ola bilər ki, Gürcüstana yüz kilometrlər daşınan qazın qiyməti Bakıda satılan qazın qiymətindən 55,4 dollar ucuz, Türkiyə və Bolqarıstana min kilometrlərlə daşınan qazın qiyməti isə Bakıda satılan qiymətə bərabər olsun? Heç olmazsa ədalətiniz olsun, Azərbaycan xalqına öz sərvətini Gürcüstanla müqayisədə 1,6 dəfə baha satmayın! İndi "akademik"lər yazacaqlar ki, bəs Avropaya qazı spot qiyməti ilə, Gürcüstana və Türkiyəyə də uzunmüddətli müqavilələrlə satırıq. Nə olsun? Onda nədən Azərbaycanda əhali istehlakçı qrupuna qazın qiyməti bir gecədə bahalaşdı? Olmazdımı bizə də elan olunaydı ki, qazın qiyməti gələn ildən bahalaşacaq, əmək haqqı və pensiyalar artandan sonra?!"