Rusiya diqqəti Xəzər ölkələrinə çevirir

Rusiya diqqəti Xəzər ölkələrinə çevirir

6 Oktyabr 2022 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Xəzər regionundakı tərəfdaşları ilə ticarət dövriyyəsi sanksiyalara baxmayaraq, 2022-ci ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 20.1 milyard dollara çatıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Nazirlik bildirir ki, müvafiq dövrdə Rusiya ilə Xəzər regionundakı tərəfdaşlar arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 10.3% artıb.

“2022-ci ilin əvvəlində Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının ümumi həcmi 6.3 milyard dollar təşkil edib ki, bunun da 5 milyard dolları neft sektorunun payına düşür. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir”, - məlumatda bildirilir.

Bundan başqa, Rusiya tərəfindən İranın neft sektoruna bu günə qədər 4 milyard dollar sərmayə qoyulub.

Bu ilin əvvəlində Rusiyadan Qazaxıstan iqtisadiyyatına investisiyalar 6 milyard dollar həcmində qiymətləndirilir. Qazaxıstan iqtisadiyyatının sektorlarında Rusiya kapitallı 12 minə yaxın şirkət çalışır.

Türkmənistan iqtisadiyyatının müxtəlif sahələrində də Rusiya kapitallı şirkətlər fəaliyyət göstərir.