Pensiyalar bu qaydada artırılacaq - RƏSMİ AÇIQLAMA

Pensiyalar bu qaydada artırılacaq - RƏSMİ AÇIQLAMA

18 Oktyabr 2022 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılır.

Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq.

Oxuməni.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.

Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır.

Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əməkhaqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əməkhaqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əməkhaqqının artım fazinə görə indeksləşdiriləcək.

Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.