İsrail  yəhudiləri qoruduğu üçün Mərakeşə təşəkkür edir

İsrail  yəhudiləri qoruduğu üçün Mərakeşə təşəkkür edir

29 Dekabr 2022 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail prezidenti Yitzhak Herzog Mərakeş kralı VI Məhəmmədə şəxsi məktubunda krallığın İkinci Dünya Müharibəsi zamanı yəhudilərə verdiyi "təhlükəsiz sığınacaq" üçün minnətdarlığını bildirib.

Oxuməni.az xəbər verir ki, məktub ABŞ-ın vasitəçiliyi ilə 22 dekabr 2020-ci ildə üçtərəfli sazişin bağlanmasından iki il sonra yazılıb və ictimaiyyətə açıqlanıb. 2020-ci ilin dekabr ayının əvvəlində Prezident Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Mərakeşin İsraillə münasibətləri normallaşdırması müqabilində Qərbi Sahara iddiasını rəsmi olaraq tanıyacaq. Daha sonra, 2022-ci ilin yayında İsrail də Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb.

Mərakeş hakimiyyəti bir sıra ərəb ölkələri ilə birlikdə İsraillə münasibətləri normallaşdıran saziş imzalayıb. Bu sazişin imzalanmasında Vaşinqton vasitəçi kimi çıxış edib.

Yitzhak Herzog məktubunda Mərakeş kralına və onu müşayiət edənlərə “nəsillər boyu krallığın yəhudi icmasının təhlükəsizliyini, rifahını və mədəni irsinin qoruması üçün ” öz minnətdarlığını bildirib.

..Və milyonlarla yəhudi Holokostun dəhşətlərindən əziyyət çəkəndə, Kral V Məhəmməd yəhudi təbəələri üçün təhlükəsiz sığınacaq yaratdı.

İsrail prezidenti yazır: “Mərakeş yəhudiləri, krallıqda yaşayan yəhudilərin hamisi, V Məhəmmədi qürur və sevgi ilə xatırlayırlar”.

İkinci Dünya Müharibəsi zamanı və daha sonra 1956-cı ildə V Məhəmməd Fransadakı Vişi hökumətinin yəhudi əleyhinə qanunlarına qarşı çıxıb.

İsrail prezidentinin sözlərinə görə, bu məktub İsrailin Kral V Məhəmmədin II Dünya Müharibəsi zamanı yəhudilərə qarşı elədiklərinin ilk rəsmi şəkildə tanımasıdır.

Bu gün krallıqda 3000 ilə 6000 arasında olduğu Mərakeş yəhudiləri Şimali Afrikadakı əsas yəhudi icması olaraq qalırlar. Mərakeşin özündə yəhudilər xüsusi statusdan istifadə etməkdə davam edirlər, tam islam dövlətində onlar yeganə etnik qrup olaraq qalırlar ki, onların üzvlərinə müsəlman dinini qəbul etmək öhdəliyi olmadan vətəndaşlıq verilir.

2021-ci ilin dekabrında Mərakeş Kralı VI Məhəmməd krallıqda sinaqoqların, yəhudi qəbiristanlıqlarının və digər yəhudi irsinin bərpası planını təqdim edib.

Fuad, Oxuməni.az