Kanada əcnəbilərin mənzil almasına qadağa qoyub

Kanada əcnəbilərin mənzil almasına qadağa qoyub

5 Yanvar 2023 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadada bəzi kateqoriyalı ziyarətçilər istisna olmaqla, əcnəbilərin ev almasına iki illik qadağa qüvvəyə minib.

Oxuməni.az xəbər verir ki, Kanada hakimiyyətinin məqsədi dünyanın ən bahalılarından biri hesab olunan mənzil bazarında qiymətləri azaltmaqdır.

Keçən yaydan etibarən Kanadada orta evin qiyməti 568.000 dollara yüksəlib.

Qadağanın əleyhdarları, yeni qanunun nəticələri daşınmaz əmlak bazarı üçün gözlənilməz ola biləcəyini söyləyirlər.

Ev qiymətlərinin statistik olaraq ən yüksək olduğu Ontario və Britaniya Kolumbiyasında, qeyri-vətəndaşlar ev sahiblərinin 6%-dən azını təşkil edirlər.

Qadağa yanvarın 1-dən qüvvəyə minib və yalnız mənzil fondunun bir hissəsinə şamil edilir. Onu pozmağa görə cərimə 10 min Kanada dolları ( ABŞ valyutası ilə təxminən 7300) təşkil edir.

Dekabrın sonlarında, qadağanın qüvvəyə minməsindən 11 gün əvvəl, Kanada hökuməti ən azı beş il ölkədə yaşayan xarici tələbələr, qaçqınlar və Kanada iş icazəsi sahibləri də daxil olmaqla, qanuna onlara istisnalar olacağını açıqlayıb.

Kanadanın Mənzil Naziri Əhməd Hüseyn bildirib ki, qadağa daşınmaz əmlaka mənzil kimi deyil, pul yatırmaq imkanı kimi baxan investorlar üçün daşınmaz əmlak bazarına girməyi çətinləşdirmək məqsədi daşıyır."Bu qanunla biz kanadalıların ev sahibi olmasını təmin etmək istəyirik, bu ölkədə yaşayanların hamısının xeyrinə görülən işdir".

E. Axund, Oxuməni.az