Çin şirkəti Əfqanıstanda neft hasil edəcək

Çin şirkəti Əfqanıstanda neft hasil edəcək

7 Yanvar 2023 22:27
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstan Amudərya hövzəsindən neft çıxarmaq üçün Çin şirkəti ilə müqavilə imzalayıb.

Oxuməni.az xəbər verir ki, bu müqavilə 2021-ci ildə Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra xarici investorlarla ilk böyük sövdələşmədir.

Razılaşmaya əsasən, Çin firması şimaldakı Sari Pul, Cövzcan və Faryab əyalətlərində ümumi 4500 kvadrat kilometr ərazidə neft hasil edəcək.

Müqavilənin şərtlərinə görə, Çin şirkəti birinci ildə 150 ​​milyon ABŞ dolları sərmayə qoymalıdır, üç ildən sonra isə investisiyanın həcmi 540 milyon ABŞ dollarına çatacaq.

E. Axund, Oxuməni.az