McDonald's Qazaxıstanı tərk edir

McDonald's Qazaxıstanı tərk edir

7 Yanvar 2023 23:34
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın Food Solutions şirkəti tərəfindən idarə olunan fast food restoranlar şəbəkəsi tədarük məhdudiyyətləri səbəbindən McDonald's brendi altında fəaliyyətini dayandırır.

Oxuməni.az xəbər verir ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi yaranmış vəziyyəti belə şərh edib: "McDonald's restoranlar şəbəkəsi Rusiya istehsalı olan ət məhsulları və yarımfabrikatlar ilə təmin olunurdu. Burada şirkətin böyük distribütor mərkəzləri var idi. Amma McDonald's-ın Rusiyanı tərk etməsi ilə əlaqədar , xammal təminatında problem yaranıb”.

Bir çox Qərb nəhəng brendləri kimi, McDonald's da keçən il Rusiyanın Ukraynanı işğalından sonra Rusiyanı tərk edib.

E. Axund, Oxuməni.az