Yüzlərlə Tesla alıcısı Çində kəskin qiymət endirimindən sonra etiraz aksiyası keçirib

Yüzlərlə Tesla alıcısı Çində kəskin qiymət endirimindən sonra etiraz aksiyası keçirib

9 Yanvar 2023 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Yüzlərlə Tesla alıcısı Çində kəskin qiymət endirimindən sonra etiraz aksiyası keçirib.

Oxuməni.az xəbər verir ki, gözlənilməz elan edilən endirimlərdən sonra Tesla elektrik avtomobillərinin Çində qiymətləri payız səviyyələrindən 13-24% aşağıdır.

Yüzlərlə Tesla sahibi həftə sonu Çindəki avtomobil istehsalçısının salonlarına toplaşaraq qəfil qiymət endirimindən sonra endirimlər tələb edib. Onlar elə düşünürlər ki, maşınlara artıq pul veriblər.

Alıcılar bu ilin əvvəlində qiymətlərin bu qədər kəskin azalacağını düşünmürdülər. 2022-ci ilin sonunda dövlət subsidiyasının planlaşdırılan müddətinin başa çatması da çoxlarını ilin sonuna qədər avtomobil almağa sövq edib.

Çində gözlənilmədən elan edilən endirimlərdən sonra Tesla elektrik avtomobillərinin qiymətləri indi payız səviyyəsindən 13-24% aşağıdır. Analitiklər deyirlər ki, Tesla-nın bu addımı dekabr ayında azalan satışları artıracaq və digər elektrikli avtomobil istehsalçılarını da qiymətləri aşağı salmağa məcbur edəcək.

"Ola bilsin ki, bu, normal iş təcrübəsidir, lakin məsuliyyətli bir müəssisə özünü belə aparmamalıdır "deyə Tesla sahiblərindən biri bildirib. 2022-ci ilin son aylarında təhvil aldıqlarını deyən Tesla sahibləri, ilin əvvəlində qəfil qiymət endirimindən və Teslanın son alıcılara izahat verməməsindən məyus olduqlarını söyləyirlər.

Polis Tesla işçiləri ilə yığılmış sahiblər arasında görüş təşkil edib. Burada avtomobil sahibləri üzr istəmə və təzminat daxil olmaqla tələblərin siyahısını veriblər. Tesla işçiləri çərşənbə axşamına qədər cavab verəcəklərini deyiblər.

Tesla Çin sözçüsü bildirib ki, Tesla ən son qiymət endirimindən əvvəl maşını alan müştərilərinə kompensasiya ödəməyi planlaşdırmır.

E.Axund, Oxuməni.az