Xorvatiya avroya keçdikdən sonra qiymət artımı baş verib

Xorvatiya avroya keçdikdən sonra qiymət artımı baş verib

11 Yanvar 2023 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Xorvatiya avroya keçdikdən sonra qiymət artımı baş verib

Oxuməni.az xəbər verir ki, xorvatiyalı alıcılar, ölkə avroya keçdikdən sonra nəzərəçarpacaq dərəcədə qiymət artımı ilə üzləşiblər. Vətəndaşlar qəzəblənir, onların fikrincə, vicdansız ticarətçilər hər kəsin yeni valyutada malların dəyərini tez bir zamanda yenidən hesablaya bilməməsi ilə pul qazanmağa çalışırlar.

Xorvatiya hökuməti və mərkəzi bankı sahibkarları qiymətləri yuvarlaqlaşdırmamağa çağırıb. Lakin bir çox sahibkar bu məsləhətə əməl etməyib, hakimiyyət bu cür hərəkətləri "ədalətsiz spekulyasiya" adlandırıb.

Bir çox satıcı qiymətlərin dəyişdiyini etiraf edir, lakin bunun yalnız valyuta məzənnələrinin yuvarlaqlaşdırılması ilə bağlı olduğunu və yüksək inflyasiyanı nəzərə alaraq, qiymətlərin qalxmasına adi hal kimi baxılmalıdir.

Dalibor Kratoçvil, Xorvatiya Ticarət və Sənaye Palatasının sədri: "Qiymətləri qaldırmağa əsasları vardır, başqa bir məsələ odur ki, qanuna əməl etmədilər, qiymətləri yuvarlaqlaşdırdılar və bu, böyük səhv idi".

Ölkə hakimiyyət orqanları əsassız olaraq qiymətləri qaldıran vicdansız satıcıların “qara siyahıları” yaradacaqlarını istisna etmirlər. Yüzlərlə müfəttiş ölkə daxilində pərakəndə satış şirkətlərini yoxlayır. Düzdür, 10 günündə cəmi iki cərimə yazılıb.

E. Axund, Oxuməni.az