İranda 1 dollar 40 min Tümən səviyyəsindədir

İranda 1 dollar 40 min Tümən səviyyəsindədir

11 Yanvar 2023 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

İranda 1 dollar 40 min Tümən səviyyəsindədir.

Tehran Maliyyə Polisinin rəisi Hidayət Behrami Tehranda sosial mediada öz reallıqlarından kənar qiymətləri qaldıran və saxta sövdələşmələr quraraq valyuta bazarını yüksəldən 153 nəfərin saxlanıldığını deyib. Bu günlərdə İranda 1 dollar 40 min Tümən səviyyəsində ticarət edildiyi halda, milli valyuta son 3 ayda xarici valyuta qarşısında dəyərini təxminən 35 faiz itirib. İranda iqtisadiyyat sahəsində fəaliyyət göstərən Eco-Iran saytı bu azalmanın səbəbini nüvə anlaşması prosesində irəliləyişin olmaması, büdcə kəsiri və neft-kimya məhsullarının ixracının azalması ilə izah edib.

Murad Şahməmmədov