Ukrayna Rusiyanın tələbini rədd etdi - Birgünlük zərər...

Ukrayna Rusiyanın tələbini rədd etdi - Birgünlük zərər...

19 Yanvar 2023 22:16
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın enerji şirkəti “Qazprom”un Ukrayna üzərindən Avropaya təbii qaz nəqli dünənlə müqayisədə 23 faiz azalaraq 25,1 milyon kubmetr olacaq.

Oxuməni.az“Qazprom”un açıqlamasına istinadən xəbər verir ki, şirkətin “Sohranivka” paylama məntəqəsindən qazın çatdırılması tələbi Ukrayna tərəfindən rədd edilib.

Daşımanın “Suca” məntəqəsindən davam etdiriləcəyi bildirilib. Sözügedən məntəqədən daşınma miqdarı bu gün 25,1 milyon kubmetr səviyyəsində olacağı qeyd edilib. Ötən gün Ukrayna üzərindən Avropaya 32,6 milyon kubmetr təbii qaz göndərən "Qazprom"un daşınması beləliklə, yanvarın 18-i ilə müqayisədə 23 faiz azalacaq.

Qeyd edək ki, 2022-ci ilin mayında Ukrayna Avropaya ixrac olunan Rusiya təbii qazının üçdə birinin keçdiyi “Sohranivka” paylama məntəqəsində daşınmanı dayandırıb. Teleqraf.com