Brexit-in Britaniya biznesinə təsirinin nəticələri

Brexit-in Britaniya biznesinə təsirinin nəticələri

1 Fevral 2023 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya, Avropa İttifaqını rəsmi olaraq düz üç il əvvəl tərk edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Bloomberg iqtisadçıları hesab edirlər ki, Brexit ölkə iqtisadiyyatına hər il 100 milyard funt-sterlinq dəyərində, sərmayə , iş qüvvəsinin və ticarət gəlirlərinin itkisi hesabına başa gəlir.

Brexitdən əvvəl "Round Corner" pivə zavodu məhsullarını Avropa ölkələrinə ixrac edirdi. Şirkət sahibi Kombi Krayan deyir:

"Daimi sənədləşmə xərcləri, vaxt itkisi və gecikmələr ixracı çox çətin bir prosesə çevirir. Halbuki əvvəllər ümumi bazarda bir qutu pivənin göndərilməsi həm Amsterdam, həm də Dublin üçün eyni idi, cəmi 20 funt. Bu gün xərclər 10 dəfə artıb. Bəs o qədər pulu pivəyə kim vermək istəyər? Heç kim”.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Böyük Britaniya bu il dünyanın aparıcı sənayeləşmiş ölkələrindən, iqtisadiyyatı tənəzzül edən yeganə öıkə olacaq.

Son rəy sorğularına görə, bu gün Böyük Britaniya sakinlərinin 57%-i Avropa İttifaqına üzv olmağa razıdırlar. Rüfət, Oxuməni.az