Norveç enerji resurslarının satışından əldə etdiyi super gəlir hesabına Ukraynaya yardımını artıracaq

Norveç enerji resurslarının satışından əldə etdiyi super gəlir hesabına Ukraynaya yardımını artıracaq

2 Fevral 2023 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Norveç enerji resurslarının satışından əldə etdiyi super gəlir hesabına Ukraynaya yardımını artıracaq.

Oxuməni.az xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe deyib.

Onun sözlərinə görə, Norveç müharibədən qazanc əldə etmir, lakin Ukraynaya yardımı artırmağı və ixracdan artan qaz və neft gəlirləri, gələcək nəsillərlə paylaşmağı planlaşdırır.

Norveç hökumətinin başçısı Avropanın ən şimalındakı Hammerfest şəhəri yaxınlığındakı mayeləşdirilmiş təbii qaz zavoduna səfəri zamanı ölkəsinin tezliklə Ukraynanın ən böyük donorlarından birinə çevrilə biləcəyini vurğulayıb.

Störeyə görə, neft və qazın satışından gələn pulların heç də hamısı büdcəyə daxil olmur :

"Onlar pensiya fondlarına gedirlər və bu, gələcək nəsillər arasında gəlirləri bölüşdürmək yolumuzdur", - Norveç hökumətinin başçısı bildirib.022-ci ildə Norveç, Kremlin Ukraynaya müdaxiləsindən sonra Rusiya qazının Avropaya verilməsini azalması və sonradan tamamilə dayandırılmasını kompensasiya etmək üçün enerji ixracını artırıb.

Bu Skandinaviya ölkəsi Aİ-yə ən böyük qaz satıcısına çevrilib. Bu il hökumət tarixdə ən böyük büdcə profisitini proqnozlaşdırır.

Norveç baş nazirinin sözlərinə görə, yaxın günlərdə Ukraynaya, eləcə də qlobal inflyasiyadan təsirlənən ən yoxsul ölkələrə, o cümlədən ərzaq qiymətlərinin artmasına “çoxillik yardım paketi” elan ediləcək.

Stö™re qeyd edib ki, Oslo Kiyevə həm hərbi, həm də infrastrukturun bərpası üçün yardım göndərəcək.

Noyabrda Norveç Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə Ukraynaya qazın alınması üçün 2 milyard kron (təxminən 190 milyon avro) ayırdığını elan edib.

Fuad, Oxuməni.az