İranın “kabus tankerləri” Rusiya neftinin daşınmasını üç dəfə artırıb

İranın “kabus tankerləri” Rusiya neftinin daşınmasını üç dəfə artırıb

7 Fevral 2023 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Tehrana ABŞ sanksiyalarından yan keçməyə kömək edən iranlı “kabus tankerləri” neftin barrelinə 60 dollardan yuxarı qiymət həddinin qüvvəyə minməsindən sonra Rusiyadan neft daşımaq kursunu müəyyənləşdiriblər.

Oxuməni.az xəbər verir ki, bu barədə Financial Times qəzeti yazır.

İranın yanacaq daşıyıcıları gizli ofşor şirkətləri vasitəsilə “kabus tankerləri” işlədirlər. Ofşor şirkətləri daim dəyişir ki, bu da İrana ABŞ sanksiyalarından yan keçməyə imkan verir.

Qəzet yazır ki, dekabr-yanvar aylarında ən azı 16 “kabus” gəmisi Rusiya xam neftini daşımağa başlayıb. Xüsusi əməliyyat başlayandan və neftə məhdudiyyət tətbiq olunana qədər 9 İran gəmisi Rusiyadan neft daşıyırdı. Noyabrda “kabus tankerləri” ilə nəql edilən Rusiya neftinin həcmi təqribən 3 milyon barrelə çatıb, yanvarda isə üç dəfə artaraq 9 milyon bareldən çox olub.

Ekspertlər qəzetə bildiriblər ki, Rusiya yüksək yük tarifləri ilə neftini daşımaq üçün İrandan gəmilərin sahiblərini və operatorlarını cəlb edə bilib. Rusiyanın standart bazar tariflərinə görə mükafatı minimum 50%-ə çatır, bəzi hallarda isə 100%-dən çox ola bilər.

İran gəmilərinin sahibləri və operatorları Rusiya neftinin daşınması ilə bağlı Qərbin qoyduğu məhdudiyyətləri pozmaqdan qaça bilərlər. Həmçinin, Rusiya yanacağının çatdırılması böyük qazanc əldə etməyə imkan verir, çünki İrandan gələn yüklər üçün xarakterik olan bu prosesdə əhəmiyyətli gecikmələr yoxdur. Məqalədə deyilir ki, İran yükləri neftin mənşəyini gizlətmək üçün dənizdə daha çox vaxt keçirir.

Bununla belə, gəmilər uğrunda rəqabət Rusiya və İran arasında münasibətləri gərginləşdirə bilər, nəşr belə qənaətə gəlir. Qərbin Rusiya neft məhsullarına qarşı sanksiyaları fevralın 5-də qüvvəyə mindiyi üçün tankerlərin çatışmazlığı yaxın həftələrdə daha böyük problemə çevrilə bilər.

E.Axund, Oxuməni.az