Almaniya "Rosatom"a Türkiyə və Macarıstanda AES tikintisi üçün avadanlıqlar verməyəcək

Almaniya "Rosatom"a Türkiyə və Macarıstanda AES tikintisi üçün avadanlıqlar verməyəcək

16 Fevral 2023 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya "Rosatom" Türkiyə və Macarıstanda AES-atom elektrik stansiyasının tikintisi üçün avadanlıqlar verməyəcək.

Almaniya "Rosatom" korporasiyasının Türkiyə və Macarıstanda AES-in tikintisində lazım olan avadanlığın tədarükünü dayandırıb.

Oxuməni.az xəbər vrir ki, bu barədə "Kommersant"da gedən xəbərdə deyilir.

Nəşrin məlumatına görə, hələlik tədarükün dayandırılması və müqavilənin ləğvi barədə rəsmi bildiriş olmayıb. Bununla birlikdə, Almaniyanın Federal İqtisadiyyat və İxrac Nəzarəti İdarəsi hələ də Siemens Energy-yə rusların Türkiyədə inşa etdiyi "Akkuyu" AES-də istifadə ediləcək paylaşdırıcı kompleks tədarükü üçün icazə verməyib.

Alman səlahiyyətliləri, Siemens Energy-yə "Rosatom" un Macarıstanda inşa etdiyi "Paksh-2" AES üçün texnoloji proseslərin idarə edilməsi sisteminin verilməsinə də icazə verməkdən imtina etdi.

Əziz Mustafa, Oxuməni.az