Toyota keçən il 10 milyon 483 min 24 avtomobil sataraq lider olub

Toyota keçən il 10 milyon 483 min 24 avtomobil sataraq lider olub

17 Fevral 2023 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Toyota Motor keçən il qlobal satışlarda liderliyini bir daha qoruyub saxlayaraq rəqibi Volkswagen qarşısında liderliyini möhkəmləndirdi. Toyota tərəfindən edilən rəsmi açıqlamada, şirkətin 2022-ci il üçün avtomobil satış məlumatları paylaşıldı. Covid-19 pandemiyası olmasına baxmayaraq, Toyota keçən il istehsalını yüksək səviyyədə saxladı və əvvəlki ilə nisbətən yüzdə 5,3 artımla 10 milyon 610 min 604 avtomobilə yüksəldi. Ən yaxın rəqibi Volkswagen-in satışları isə Çindəki Covid-19 məhdudiyyətləri və tədarük zəncirlərini pozan Rusiya-Ukrayna müharibəsi səbəbindən keçən il 7 faiz azalaraq 8,26 milyona düşüb. Belə ki, Yapon istehsalçısı Toyota, keçən il 10 milyon 483 min 24 avtomobil satışı ilə Volkswagen qarşısında liderliyini möhkəmləndirdi və üçüncü ildir ki, qlobal satışlardakı liderliyini qoruyub saxlamağı bacardı.

Murad Şahməmmədov