Rusiya-Ukrayna müharibəsi iqtisadiyyata 1,6 trilyon zərər vurdu

Rusiya-Ukrayna müharibəsi iqtisadiyyata 1,6 trilyon zərər vurdu

22 Fevral 2023 23:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ilin fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına 1,6 trilyon dollar ziyan vurub.

Oxuməni.az xəbər verir ki, bu barədə Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW) bildirib.

Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) araşdırması 2022-ci il Tədqiqat qrupundan Maykl Qromlinq müharibənin böyük qlobal iqtisadi əhəmiyyətini vurğulayaraq, enerji və xammal təchizatı ilə bağlı problemlərin şirkətləri təzyiq altında saxladığını bildirib.

“Yüksək enerji qiymətləri istehsalda xərclərin artmasına səbəb oldu və bir çox şirkətlər üçün hesablanması çətin olan vəziyyətə çevrildi”, - DIW-nin araşdırma ilə bağlı bəyanatında deyilir.

Araşdırma nəticəsində məlum olub ki, qlobal iqtisadiyyat 2022-ci ildə 1,6 trilyon dollar gəlir əldə edə bilərdi, lakin müharibə səbəbindən bu alınmayıb.

Bundan əlavə, Qromlinq 2023-cü il proqnozunda qlobal əlavə dəyər itkisinin 1 trilyon dollar olacağını proqnozlaşdırıb və deyib: “Təəssüf ki, bu il təhlükənin qarşısı alınmayıb”.Teleqraf.com