ABŞ Ukraynaya  daha 10 milyard dollar həcmində iqtisadi yardım edəcək

ABŞ Ukraynaya daha 10 milyard dollar həcmində iqtisadi yardım edəcək

23 Fevral 2023 18:39
Bəyəndim (0) Bəyənmədim (0)

Vaşinqton Yaxın aylarda Ukraynaya əlavə iqtisadi yardım olaraq təxminən 10 milyard dollar verəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Janet Yellen Banqalorda keçirdiyi mətbuat konfransında bildirib.

Amerika Maliyyə Nazirliyinin rəhbəri onu da qeyd edib ki, "Beynəlxalq Valyuta Fondunun Ukraynanın maliyyələşdirmə proqramına başlaması son dərəcə vacibdir".

Bundan əlavə, Yellenin sözlərinə görə, Ukraynadakı böhran "hazırda dünya iqtisadiyyatını formalaşdıran əsas amildir".

Əziz Mustafa, Oxuməni.az