Rusiya "Drujba" qaz kəməri ilə Polşaya neft nəqlini dayandırıb

Rusiya "Drujba" qaz kəməri ilə Polşaya neft nəqlini dayandırıb

27 Fevral 2023 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Polşanın “PKN Orlen” konserninin məlumatına görə, Rusiya nefti artıq “Drujba” kəməri ilə Polşaya verilmir. "PKN Orlen" - in ehtiyaclarının təxminən 10 faizini əhatə edən, qüvvədə olan son müqavilə çərçivəsində tədarüklər Rusiya tərəfindən dayandırılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə şirkət ötən gün bildirib.

Təchizatın dayandırılması Polşadakı müştərilərin tədarükünə təsir etməyəcək. Bununla yanaşı, konsern əmin edir ki, Rusiyanın boru kəməri ilə tədarükünün dayandırılması Polşa müştərilərinə neft tədarükünə təsir etməyəcək. "Bütün tədarüklər dəniz yolu ilə təmin edilə bilər", - məlumatda deyilir.

Rusiyanın "Drujba" neft kəməri ilə tədarükünün dayandırılması barədə elan Aİ-nin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi üçün yeni, 10-cu sanksiyalar paketini təsdiqləməsindən bir gün sonraya təsadüf edib. Yeni məhdudlaşdırıcı tədbirlərə Rusiya Federasiyasına idxal və Rusiyadan ixraca əhəmiyyətli yeni məhdudiyyətlər, habelə bir sıra Rusiya təbliğat mediasına qadağa daxildir. Digər şeylərlə yanaşı, Rusiya Federasiyasına mühüm texnologiyaların və sənaye mallarının, elektronika, ixtisaslaşdırılmış nəqliyyat vasitələri, maşın hissələri, yük maşınları və reaktiv mühərrik hissələri, habelə tikinti sektoru üçün malların ixracına əlavə qadağalar tətbiq edilib.

İki həftə əvvəl Polşanın dövlət əmlakı nazirinin müavini Maçey Malecki demişdi ki, Rusiya neftinin tədarükü üçün yeganə etibarlı müqavilə “Tatneft”lə müqavilədir. Onun istismar müddəti 2024-cü ilin sonunda başa çatır," Tatneft"lə ayda 200 min ton neft göndərilir.

Rüfət, Oxuməni.az