Şimali Afrika ölkələri Rusiyadan neft məhsullarının idxalını kəskin şəkildə artırıb

Şimali Afrika ölkələri Rusiyadan neft məhsullarının idxalını kəskin şəkildə artırıb

27 Fevral 2023 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Afrika ölkələri Rusiyanın Ukraynaya müdaxiləsinə görə, Avropa İttifaqının sanksiyalar tətbiq etməsindən sonra Rusiyadan dizel yanacağı və digər neft məhsullarının idxalını kəskin şəkildə artırıblar.

Oxuməni.az xəbər verir ki, Rusiya Federasiyası Avropa bazarından məhrum olduğu üçün Mərakeş, Tunis, Misir, Liviya və Əlcəzair Rusiyanın neft məhsullarının “doyumsuz alıcılarına” çevriliblər.

Mərakeş hakimiyyəti 2021-ci ildə təxminən 600 min barel dizel alıb, təkcə 2023-cü ilin yanvarında bu rəqəm 2 milyon barel təşkil edib. Tunis 2021-ci ildə praktiki olaraq Rusiya neft məhsullarını almayıb, lakin son aylarda Rusiya Federasiyasından plastik və plastik istehsalı üçün istifadə olunan kimyəvi maddələr, benzin, dizel yanacağı və qazoyl idxalında kəskin artım müşahidə olunub. Yanvarda bu ölkə Rusiyadan 2,8 barel neft məhsulları alıbsa, fevralda bu rəqəmin 3,1 milyon barrelə yüksələcəyi təxmin edilir. Analitiklərin fikrincə, söhbət Məğribin ehtiyacları üçün çox böyük həcmdə idxal olunan neft məhsullarından gedir.

Eyni zamanda, Şimali Afrika ölkələri, bu məlumatlara əsasən, neft emalı zavodunun buraxılış həcmini genişləndirmədən, Avropaya neft məhsullarının ixracını artırıb. Aİ-də bu fakt Rusiyaya qarşı sanksiyalardan yayınma ehtimalı ilə bağlı narahatlıq doğurur.

Oksford Enerji Tədqiqatları İnstitutunun neft tədqiqatlarının rəhbəri Andreas Ekonomu qeyd edib ki, sanksiyaya məruz qalan neft məhsullarının təkrar ixracı prosesini izləmək çox çətindir.

Rüfət, Oxuməni.az