Ərdoğan seçkilərin keçirilməsi haqqında fərman imzalayacaq

Ərdoğan seçkilərin keçirilməsi haqqında fərman imzalayacaq

27 Fevral 2023 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da və ya 11-də mayın 14-də prezident və parlament seçkilərinin keçiriləcəyini rəsmən elan edəcəyi gözlənilir.

Oxuməni.az xəbər verir ki, bu barədə Sabah qəzetinin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, seçkiqabağı alyansda Prezidentlə birlikdə olan Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Baxçeli və Ərdoğan mayın 14-də seçkilərin keçirilməsinin zəruriliyi ilə razılaşıblar. Ölkədə baş verən dağıdıcı zəlzələlərə baxmayaraq, seçkilərin 14 mayda keçirilməsi gündəmdə qalır.

Qəzet iddia edir ki, məhz mayın 14-də Ərdoğan seçki günü elan etmək, yəni heç bir fors-major baş verməyəcəyi təqdirdə müvafiq fərman imzalamaq niyyətindədir.

Eyni zamanda Sabah izah edir ki, Konstitusiya ilə seçkilərin tarixini elan etmək üçün ya parlamentin qərarı, ya da parlamentin təsdiqinə ehtiyac olmayan Prezidentin ayrıca fərmanı tələb olunur. Müvafiq olaraq, Ali Seçki Komissiyası elan edilmiş tarixi rəhbər tutaraq səsverməyə 60 günlük müddət ərzində hazırlaşmağa başlayacaq.

Əziz Mustafa, Oxuməni.az