Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası işə başlayıb

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası işə başlayıb

28 Fevral 2023 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının bir illiyinə həsr olunmuş “Rusiya-Azərbaycan münasibətləri XXI əsrdə: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusunda konfrans və Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası işə başlayıb.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirlərdə Rusiya və Azərbaycanın tanınmış politoloqları, Milli Məclisin deputatları iştirak edirlər.

Yüksək səviyyəli iclasın açılışında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev və Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov çıxış ediblər. Regional təhlükəsizlik, qarşılıqlı siyasi fəaliyyət, iqtisadi əməkdaşlıq və qarşılıqlı humanitar fəaliyyətə dair kompleks məsələlərə aid aparılan müzakirələrin vacibliyi vurğulanıb.