Avropa İttifaqı daxili yanma mühərriklərinə qoyulan qadağanı təxirə salır

Avropa İttifaqı daxili yanma mühərriklərinə qoyulan qadağanı təxirə salır

6 Mart 2023 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı 2035-ci ilə qədər yeni yanacaq mühərrikli avtomobillərin və furqonların satışını qadağan edən qərarının icrasını dayandırıb.

Oxuməni.az xəbər verir ki, Üzv ölkələr bu sazişin ratifikasiyası ilə bağlı səsverməni başqa vaxta təxirə salıblar. Ən azı dörd ölkə, Almaniya, İtaliya, Polşa və Bolqarıstan qadağanın nəticələri ilə bağlı narahatlığını bildirib. Berlin bərpa olunan mənbələrdən sintetik yanacaqla işləyən avtomobillər üçün istisna edilməsinin tərəfdarıdır və Brüsseldən mətnin dəyişdirilməsini xahiş edir. Bəzi digər paytaxtlar elektromobillərə keçidin mümkünlüyünə inanmırlar.

Avropa Komissiyasının nümayəndəsi Dana Spinant:

“Biz bu cür narahatlıqları, xüsusən də yeni şübhələri daha yaxşı başa düşmək istəyirik ki, onlara necə cavab verəcəyimizi və qərar verməzdən əvvəl hansı yolla irəliləyəcəyimizi bilməliyik”.

Zərərli tullantıların sıfıra endirilməsi əsrin ortalarına qədər iqlim neytrallığına nail olmaq üçün Avropa İttifaqının əsas tədbirlərindən biridir. Avropa Parlamenti bunu keçən ay cüzi səs çoxluğu ilə təsdiqləyib. Daha sonra qanunvericilik yekun təsdiq üçün üzv ölkələrə təqdim edilib. Məhz orada benzin və dizel yanacağı ilə işləyən avtomobillərin rədd edilməsi ilə bağlı qızğın müzakirələr başlayıb. Brüssel 2035-ci ildən etibarən Aİ bazarında satılan bütün avtomobillərdən karbon qazı emissiyalarının 100% azaldılmasına çalışır.

Avropa Komissiyası bu müddəti ona görə adlandırıb ki, avtomobillərin orta ömrü 15 ildir və Aİ-nin Yaşıl Sövdələşməsi 2050-ci ilə qədər bütün iqtisadiyyatı, o cümlədən nəqliyyatı ekoloji cəhətdən təmiz etməyi hədəfləyir.

Keçən yay İtaliya, Portuqaliya, Slovakiya, Bolqarıstan və Rumıniya infrastrukturun elektrik nəqliyyatına uyğunlaşmasına daha çox vaxt vermək üçün qadağanın 2035-ci ildən 2040-cı ilə qədər təxirə salınmasını istəyib.

Səsvermənin təxirə salınması qərarını AB-yə sədrlik edən İsveç qəbul edib, üzv ölkələrin “vaxt gələndə bu məsələyə qayıdacaqlarını” vəd edib, lakin tarixi açıqlamayıb.

E.Axund, Oxuməni.az