Braziliya və Çin qarşılıqlı ticarətdə dollardan imtina edirlər

Braziliya və Çin qarşılıqlı ticarətdə dollardan imtina edirlər

30 Mart 2023 19:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çin və Braziliya qarşılıqlı ticarətdə ABŞ dollarından imtina edərək milli valyutalarında ticarət və maliyyə əməliyyatları aparmaq barədə razılığa gəliblər.

Oxuməni.az xəbər verir ki, bu barədə AFP Braziliya hökumətinə istinadən məlumat yayıb.

Pekindəki yüksək səviyyəli Çin-Braziliya biznes forumundan sonra elan edilən razılaşmanın ikitərəfli ticarətin inkişafına və investisiyaların cəlb edilməsinə kömək edəcəyi gözlənilir.

Commercial Bank of China və Bank of Communications BBM ödənişləri emal və klirinq edəcək. Çin Braziliyanın ən böyük ticarət tərəfdaşıdır, keçən il ikitərəfli ticarət rekord 150,5 milyard dollar təşkil edib.

Əziz Mustafa, Oxuməni.az