Bərpa olunan enerjinin artım tendensiyası
Son illərdə artan bərpa olunan enerji sərmayələrindən sonra ilkin nəticələr alınmağa başlandı. Qlobal elektrik enerjisində külək və günəş enerjisinin payı rekordlar qırdı. Bərpa olunan enerji mənbələrinə investisiyalar artarkən, bu sahadə bir-birinin ardınca artan enerji faizləri üzrə qeydlər edilir. “Ember” qlobal enerji analitik mərkəzinin açıqladığı hesabata görə, külək və günəş enerjisinin qlobal elektrik enerjisində payı rekord həddə çatıb.
“Ember”-in məlumatlarına görə, 2021-ci ildə qlobal elektrik istehsalında payı 10% olan külək və günəş enerjisi 2022-ci ildə 12%-ə çataraq rekord qırıb. “Ember” tərəfindən açıqlanan məlumatlar qlobal elektrik tələbatının 93 faizini təmsil edən 78 ölkədən 2022-ci il üçün elektrik enerjisi məlumatlarından ibarətdir. Hesabatda 2023-cü ildən etibarən külək və günəş enerji sektorunu emissiyasız dövrə sürükləyəcəyi proqnozlaşdırılır. Hesabatda iqlim üçün bu həlledici onillik dövrün sonunun başlanğıcını göstərir.
2022-ci ildə günəş enerjisi 18 il dalbadal ən sürətlə böyüyən elektrik enerjisi mənbəyi olub və 245 TW saata çataraq, illik 24 faiz artımla bütün Cənubi Afrika üçün kifayət qədər elektrik enerjisi istehsal edib. Külək istehsalı 2022-ci ildə 17 faiz artaraq 312 TW saata çatıb ki, bu da demək olar ki, bütün Böyük Britaniya üçün kifayətdir.
Beynəlxalq Enerji Agentliyinə görə, 2050-ci ilə qədər 100 % nəticəyə çatmaq üçün elektrik sektoru 2040-cı ilə qədər karbon neytral olmalıdır. Bu o deməkdir ki, külək və günəş enerjisi 2022-ci ildəki 12 faizdən, 2030-cu ilə qədər qlobal elektrik enerjisinin 41 faizinə çatacaq.
Murad Şahməmmədov




































.jpg)
.jpg)




.jpg)


















.jpg)























