Sanksiyalara baxmayaraq AB Rusiya neftini almaqda davam edir

Sanksiyalara baxmayaraq AB Rusiya neftini almaqda davam edir

19 Aprel 2023 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyi Moskvaya qarşı ən sərt sanksiyalardakı boşluqdan istifadə edərək Rusiyadan neft almaqda davam edir.

Oxuməni.az xəbər verir ki, Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) yeni hesabatında Rusiya neftini Avropa Birliyinə ixrac edən beş ölkəni müəyyənləşdirib.

Onlar Çin, Hindistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurdur

Müharibə başladıqdan sonra AB, G7 ölkələri və Avstraliyaya gətirilən Rusiya yanacağının ümumi dəyəri 42 milyard avro olub. Sözügedən dövlətlərin Qərb ölkələri üçün neftin qiymətini 80% artırdığı qeyd edilir. Rusiya neftinin idxalı üzrə mütləq rekordçunun isə Çin olduğu və tədarükü 93% artdığı bildirilir.

Əziz Salam, Oxuməni.az