Yeni Avropa ödəniş sistemi Visa-ya meydan oxuyacaq

Yeni Avropa ödəniş sistemi Visa-ya meydan oxuyacaq

26 Aprel 2023 09:20
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya və Fransada ilin sonuna qədər yeni Avropa ödəniş sisteminin sınaqlarına başlanacaq

Oxuməni.az xəbər verir ki, söhbət avrozona daxilində şəxsi bank hesabları arasında ani köçürmələri asanlaşdırmaq üçün nəzərdə tutulmuş layihədən gedir. Proqram "Eurocentrobank"-ın rəqəmsal avroya keçid üçün infrastrukturun rəsmi tərtibatçılarından biri kimi seçdiyi “European Payment Initiative” şirkəti tərəfindən həyata keçirilir.

Artıq 2024-cü ildə ödəniş sistemi Fransa, Belçika və Almaniyada normal rejimdə işə salınmalıdır. Bu ölkələr avro zonasında nağdsız əməliyyatların yarıdan çoxunu təmin edir.

Gələcək sistem artıq Visa və MasterCard-a potensial alternativ kimi görünür. Hər halda, bir-iki ildən sonra yəqin ki, onların loqoları tez-tez yan-yana görünəcək.

E.Axund, Oxuməni.az