Avropada ən çox avtomobil zavoduna sahib olan ölkələr açıqlandı

Avropada ən çox avtomobil zavoduna sahib olan ölkələr açıqlandı

1 May 2023 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) bütün Avropa ölkələrində neçə avtomobil zavodunun olduğunu açıqlayb.

ACEA-nın paylaşdığı məlumatlara görə, bütün Avropada avtomobil sektoru ilə bağlı 301 zavod var. Bu fabriklərdən 194-ü Avropa İttifaqı ölkələrində yerləşir. Bu məlumatları minik avtomobili bazasına endirdiyimiz zaman, Avropadakı 134 avtomobil zavodundan 80-nin Avropa Birliyi ölkələrində, digərlərinin isə qeyri-Avropa İttifaqı ölkələrində yerləşdiyinin şahidi oluruq. Avropa İttifaqına daxil olmayan ölkələrdə kifayət qədər fabrik var. Bunlar Böyük Britaniya, Rusiya və Türkiyədir. İş o yerə çatıb ki, Avropadakı 301 fabrikdən 81-i bu üç ölkədə yerləşir. Ancaq aydınlıq üçün bildirək ki, Rusiya və Böyük Britaniyada fabriklərin sayı Türkiyə ilə müqayisədə kifayət qədər çoxdur.

ACEA-nın paylaşdığı məlumata görə, gözlənildiyi kimi Avropa Birliyində bir nömrəli avtomobil istehsalçısı Almaniyadır. Bu ölkədə avtomobil sənayesində tikilmiş 44 zavod var. Almaniyanı 30 fabriklə Fransa, 24 fabriklə İtaliya, 18 fabriklə Polşa və 14 fabriklə İspaniya izləyir. Bu statistikaya görə, Avropa Birliyi ölkələrindəki bütün avtomobil zavodlarının 67 faizi bu 5 ölkədə yerləşir.

Rusiya avtomobil sənayesində ən çox fabrikə malik ölkədir. Burada 33 fabrik var. Rusiyanı 31 fabriklə Böyük Britaniya və 17 fabriklə Türkiyə izləyir. Ukrayna, Qazaxıstan və Özbəkistanda 6 fabrik olduğu halda, Belarusda 4, Serbiyada 3, Makedoniyada 1 fabrik var. Mercedes-Benz və Ford Otosanın hər birinin Türkiyədə iki zavodu var. Bunları əlavə etdikdə 17 fabrikin hamısını görə bilərik. Bununla belə, bu siyahıda Toqqun olmaması diqqətinizdən yayınmaya bilər. ACEA-nın məlumatları 2022-ci ilə aiddir. O vaxt Togg fabriki istehsal etmirdi. Bu səbəbdən onlar Toqqu siyahıya daxil etməmiş ola bilərlər. Toqqu da daxil etsək, deyə bilərik ki, hal-hazırda Türkiyədə 18 avtomobil zavodu fəaliyyət göstərir.

Murad Şahməmmədov