AB-dən Ermənistana ixrac olunan mallar Rusiyada müəmmalı şəkildə yoxa çıxıb

AB-dən Ermənistana ixrac olunan mallar Rusiyada müəmmalı şəkildə yoxa çıxıb

11 May 2023 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyadan tranzit keçərkən Avropa Birliyindən Ermənistana, Qazaxıstana, Qırğızıstana gedən 1 milyard dollardan çox mal müəmmalı şəkildə "itdi".

Oxuməni.az xəbər verir ki, bu barədə Financial Times yazır.

Avropa İttifaqında yüklərin sadəcə Rusiyada qaldığından şübhələnirlər, çünki söhbət əsasən ikili məqsədli, yəni hərbi sənaye müəssisələri tərəfindən istifadə edilə bilən məhsullardan gedir.

Bildirilir ki, Qırğızıstan, Ermənistan və Qazaxıstana hava təyyarələri, qaz turbinləri, optik avadanlıqlar və digər mallar gəlməli idi, lakin heç vaxt alıcıya çatdırılmadı.

Ümumilikdə, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra AB ölkələrindən Rusiyaya tranzit bəhanəsi ilə digər ölkələrə 2 milyard dollar dəyərində mal idxal edildi, onların təxminən yarısına çatmadı.

Əziz Salam, Oxuməni.az