Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açdı

Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açdı

17 May 2023 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

İran Ticarətin İnkişafı Təşkilatının prezidenti Əli Rıza Peymanpak Rusiya bankının ilk dəfə ölkəsində nümayəndəlik açdığını açıqlayıb.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə bağlı Ticarətin İnkişafı Təşkilatının rəhbəri Peymanpak özünün Twitter hesabındakı paylaşımında Rusiyanın ikinci ən böyük bankı olan VTB Bankın İranda nümayəndəliyini açdığını açıqlayıb.

Peymanpak deyib: "Ticarətin İnkişafı Təşkilatının davamlı səyləri nəticəsində Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açıb. Bu, İranda birbaşa iştirakı olan ilk Rusiya bankıdır və bir hissəsidir. Valyuta gəlirlərinin trast şəbəkəsindən bank şəbəkəsinə köçürülməsi və ticarətdə şəffaflıq baxımından təsirli olacaq”.

Qərb ölkələrinin, xüsusən də ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya ticarət və maliyyə əməkdaşlıqlarını artıraraq dolları bank əməliyyatlarından və ikitərəfli ticarətdən tədricən çıxarmağa çalışırlar.

Digər tərəfdən, Rusiya baş nazirinin müavini Aleksandr Novak bu gün nümayəndə heyəti ilə İrana səfər edir. Novakın səfəri zamanı İran və Rusiya arasında bir sıra iqtisadi razılaşmalarla yanaşı, Şimal-Cənub Dəhlizinin mühüm nəqliyyat şəbəkəsi kimi görünən Rəşt-Astara dəmir yolu sazişinin də imzalanması gözlənilir.

Oxumeni.az