Qazaxıstanda rublla ödənişdən imtina edirlər

Qazaxıstanda rublla ödənişdən imtina edirlər

8 İyun 2023 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan bankları Rusiyadan olan sahibkarlardan rublla ödəniş qəbul etməkdən imtina edirlər.

Qazaxıstanın Halyk Bank, Fortis bank, RBK bank və Bereke bank son vaxtlar rublla ödənişləri qəbul etmirlər. Rubldakı ödənişlərlə bağlı problemlər "Toçka" Bankının nümayəndəsi Anna Davydova tərəfindən də təsdiqlənib.

Moneyport kriptovalyuta birjasının qurucusu Aleksandr Amilov, Qazaxıstan banklarının rublla ödəmələri qəbul etməkdən imtina etməsini ABŞ-ın təzyiqi ilə əlaqələndirir. O, iddia edir ki, Amerika tərəfi rublların dollara çevrilməməsini və dünya bazarında dövriyyəyə buraxılmamasına nəzarət edir.

Nəticədə Rusiya biznesi Qazaxıstan tenqesinə keçməyə başlayıb. Davydova qeyd edir ki, "Toçka"da aprel ayında tenge ilə ödənişlərin sayı mart ayına nisbətən 75% artıb

"Delovoy Rossii" baş şurasının üzvü və " Pervaya qrup" şirkətinin baş direktoru Aleksey Poroşin isə deyir ki, Qazaxıstan bankları bəzən ödəniş Rusiya şirkətindən gəlirsə, hətta tengeni də qəbul etməkdən imtina edirlər.

Qazaxıstan Baş nazirinin müavini Yerulan Jamaubaevin sözlərinə görə, hökumət ölkə banklarına əməliyyatları rublla məhdudlaşdırmağı tapşırmayıb. Onun sözlərinə görə, bank sektoru seleksiya məsələləri və digər risklərlə əlaqəli hansısa valyutanı qəbul etməkdən imtina edirlərsə bu birbaşa onların öz işidir.

Murad Şahməmmədov