Türkiyə Mərkəzi Bankına qadın rəhbər təyin edilib

Türkiyə Mərkəzi Bankına qadın rəhbər təyin edilib

9 İyun 2023 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Hafize Qaye Erkan Türkiyə Mərkəzi Bankının sədri təyin edilib və o, bu vəzifədə çalışan ilk qadın rəhbər olacaq..

Oxuməni.az xəbər verir ki, bu barədə Hürriyyət qəzetinin yaydığı məlumatda deyilir.

Mühəndis və riyaziyyatçının qızı Hafize Qaye Erkan Türkiyənin Boğaziçi Universitetinin məzunudur, sonra təhsilini ABŞ-ın Prinston Universitetində davam etdirib. Orada bir ildə 2 illik doktorluq proqramını bitirən ilk tələbə oldu və ən gənc maliyyə professoru adını alı. Daha sonra o, Harvard Biznes Məktəbində idarəetmə və Stanford Universitetində liderlik kurslarını bitirib.

Hafize Gaye Erkan peşəkar karyerasına Goldman Sachs-da başladı, sonra "First Republic Bank"ına keçdi və burada baş vitse-prezident vəzifəsini tutdu. O, həmçinin bankın investisiya departamentinin rəhbəri və risklərin idarə edilməsi üzrə həmsədr vəzifəsində çalışıb. Onun işlədiyi dövrdə bankın aktivləri 25-30 milyard dollardan 250 milyard dollara qədər artıb.

Əziz Mustafa, Oxuməni.az