Çin yeni iqtisadi təhlükə ilə üzləşib
Çin mallarına olan tələbin zəifləməsi beş il ərzində istehsalçıların qiymətlərində rekord azalma ilə nəticələndi.
Oxuməni.az xəbər verir ki, Çin milli statistika bürosunun məlumatına görə, bunu may ayında illik müqayisədə 4,6% aşağı düşən Çin İstehsalçı Qiymət indeksi (PPI) sübut edir.
Çin iqtisadiyyatı üçün yeni təhlükə ilk növbədə inflyasiyanın və buna görə də faiz dərəcələrinin qeyri-adi yüksək səviyyədə olduğu ABŞ və Avropadakı vəziyyətlə bağlıdır. Bu səbəbdən Çin mallarına ehtiyac azalır, buna görə istehsalçılar qiymətləri aşağı salmalıdırlar.
Vəziyyət isə mütəxəssislərin gözlədiyindən daha pisdir və bütün bunlar yaxın gələcəkdə Çin iqtisadiyyatına yaxşı heç nə vəd etmir.
Əziz Salam
Digər xəbərlər