Sankt-Peterburq Forumunda Putinin çıxışı zamanı mobil internet kəsiləcək
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçıları iyunun 16-da Rusiya prezidenti Vladimir Putinin çıxış edəcəyi plenar iclasda mobil internetdən istifadə edə bilməyəcəklər.
Oxuməni.az xəbər verir ki, Sankt - Peterburq Beynəlxalq İqtisadi Forumunun təşkilatçısı Roscongress-in mətbuat xidmətindən bildirildiyinə görə," PMEF 16.06.2023 saytında mobil rabitə operatorlarının infrastrukturunda texniki işlərin aparılması ilə əlaqədar olaraq mobil cihazlardan İnternetə girişi müvəqqəti olaraq dayandırılacaq".
Putin forumun plenar sessiyasında çıxış edəcək. Onunla birlikdə Rusiyaya rəsmi səfərə gələn Əlcəzair prezidenti Abdelmadjid Tabun da tədbirdə iştirak edəcək.
Forumda mobil internetin kəsilməsinin dronlardan qorunma ilə bağlı olduğu ehtimal edilir.
Əziz Salamoğlu




































.jpg)
.jpg)




.jpg)


















.jpg)























