Neft və qazın bərpa olunan enerji mənbələri ilə əvəzlənəcəyi güman edilir

Neft və qazın bərpa olunan enerji mənbələri ilə əvəzlənəcəyi güman edilir

19 İyun 2023 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrəlilər 2050-ci ilə qədər karbon qazını neytrallaşdırmağa razıdırlar. İsveçrə xalqı referendumda iqlimin qorunması qanununa səs veriblər. 2050-ci ilə qədər karbon neytrallığına keçid nəzərdə tuturlur. Bunun üçün neft və qazın bərpa olunan enerji mənbələri ilə əvəzlənəcəyi güman edilir.

İsveçrədə 2050-ci ilə qədər karbon neytral olacaq. İqlimi mühafizə haqqında yeni qanunu referendumda ölkə sakinlərinin demək olar ki, 60%-i dəstəkləyib.

Onlar İsveçrənin neft və qaz idxalından asılılığını bərpa olunan enerji mənbələri ilə əvəzləyərək azaldacağını və növbəti on il ərzində külək və günəş elektrik stansiyalarına 2 milyard İsveçrə frankı - təxminən 2,2 milyard dollar xərclənəcəyini təklif ediblər.

Ölkənin ən böyük sağçı mühafizəkar İsveçrə Xalq Partiyası iqlim qanununun enerji qiymətlərini artıracağını əsas gətirərək referendumu dəstəkləyib. Buna baxmayaraq, səsvermənin nəticəsi onun xeyrinə olmayıb.

İqlim problemləri İsveçrədə xüsusilə kəskindir, çünki orada buzlaqlar çox sürətlə əriyir. Təkcə keçən il buzlaqlar öz həcminin 6%-dən çoxunu itiriblər. Alimlər deyirlər ki, karbon emissiyalarının azaldılması dağıdıcı prosesi yavaşlatmağa kömək edə bilər.

Murad Şahməmmədov