Türkiyə dünya bazarında qızıl satışına görə liderlik edir
Dünya mərkəzi bankları, ilkin məlumatlara görə, 2023-cü ilin may ayında valyuta ehtiyatlarından 27,4 ton qızıl satıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurasından (WGC) bildirilib.
May ayında 63 ton qızıl satan Türkiyə Mərkəzi Bankı ən çox qızıl satan ölkə olaraq qalıb. Mart ayından etibarən ölkənin Mərkəzi Bankı 160 tona yaxın satıb ki, bu da bankın əvvəlki 12 ayda alışına bərabərdir.
May ayında daha çox qızıl satan digər ölkələr Özbəkistan (11 ton), Qazaxıstan (2 ton) və Almaniya (2 ton) olub.
Hesabat ayında səkkiz bank ehtiyatlarını artırıb. Polşa Milli Bankı 19 ton qızıl alaraq ehtiyatlarını 263 tona çatdırıb. Çin may ayında 16 ton qızıl alıb və ehtiyatlarını 2092 tona çatdıraraq, ardıcıl yeddinci ay ehtiyatlarını artırmağa davam edib. Həmçinin, may ayında qızıl alıcıları arasında Sinqapur (4 ton), Rusiya (3 ton), Hindistan (2 ton), Çexiya (2 ton) və Qırğızıstan (2 ton) olub.
Əziz Salamoğlu




































.jpg)
.jpg)




.jpg)


















.jpg)























