Tesla sürücülərə pul ödəyəcək

Tesla sürücülərə pul ödəyəcək

11 İyul 2023 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Tesla avtomobillərini sadəcə sürmək üçün pul ödəyəcək sürücülər axtarmağa başlayıb. Saatı 20-29 dollar arasında qazanc əldə edəcək bu sürücülər Teslanın avtopilotunu və tam avtonom idarəetmə sistemi FSD-ni sınaqdan keçirəcəklər.

Dünyanın ən məşhur elektrik avtomobil istehsalçılarından biri olan Tesla bütün sürücülərin mat qoyacaq bir qərar verib. Şirkət bəzi sürücülərə yalnız yay mövsümündə Tesla sürmək üçün pul ödəyəcək. Bəli, düz eşitdiniz. Sürücülər Tesla avtomobillərini idarə etdikləri üçün şirkətdən pul alacaqlar. Üstəlik, bu iş üçün saatda 20 ilə 29 dollar arasında pul ödəniləcək.

Tesla-nın muzdlu sürücülər axtarmasının səbəbi markanın avtopilot və FSD adlanan tam avtonom idarəetmə sistemidir. Əslində, brend uzun müddətdir ki, avtopilot və FSD texnologiyaları üçün Tesla sahiblərinin məlumatlarından istifadə edir lakin bunlar kifayət qədər görünmür. İcarəyə götürülmüş sürücülər Teslaya avtopilot və FSD sistemləri haqqında daha çox məlumat toplamağa imkan verəcək. Teslanın açıqlamasında kirayə sürücü olmaq üçün tələblər də izah edilir. Bu şərtlərə baxdıqda, onların çox asan olduğunu görürük. Belə ki, ən azı 4 illik sürücülük vəsiqəsi olan, sürücülük qaydalarını yaxşı bilən və ciddi cinayəti olmayan sürücülər bu iş elanı üçün müraciət edə biləcəklər. Tesla test prosesinin 3 aya qədər vaxt aparacağını bildirir...

Murad Şahməmməd