Məşhur avtomobil istehsalçısı Rusiyanı tərk edib

Məşhur avtomobil istehsalçısı Rusiyanı tərk edib

14 İyul 2023 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın “Isuzu” avtomobil konserni Rusiya bazarını tərk edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Kyodo nəşri məlumat yayıb. Məlumata görə, konsern biznesi birgə müəssisəsi olduğu Rusiyanın Sollers şirkətinə verib. Əməliyyatın məbləği açıqlanmır.

Rusiyanı tərk etmək qərarı müharibə və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda konsernin ölkədə istehsalı bərpa edə bilməməsi ilə bağlıdır.

Rusiyanən işğalı başlayandan sonra Isuzu Ulyanovskdakı zavodunda yük maşınlarının istehsalını dayandırıb. Sentyabrda şirkətin Rusiya bazarını tərk edə biləcəyi barədə məlumat var.

Əziz Baş Göynüklü