Devalvasiya və inflyasiya spiralında olan ölkələrdə alış-veriş

Devalvasiya və inflyasiya spiralında olan ölkələrdə alış-veriş

17 İyul 2023 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Uruqvayda 5 dollar olan günəbaxan yağının litrini Argentinada 50 sentə, 10 dollara olan dəri kremini isə Argentinada 1 dollara almaq olar.

Cənubi Amerika ölkəsi olan Argentinada yaşanan iqtisadi böhran və yerli valyuta olan pesonun sürətlə ucuzlaşması ətraf ölkələrdən vətəndaşların axınına səbəb olub.

Uruqvay sabit iqtisadiyyatı və güclü valyutası onlan ölkələrdən biridir.

İki ölkənin valyutaları arasındakı məzənnə fərqinə görə Argentinada məhsul və xidmətlərin qiymətləri Uruqvaydan xeyli ucuzdur.

Uruqvayda Fray Bentos kimi sərhərə yaxın bölgədə yaşayanlar hətta gündəlik alış-verişləri üçün sərhəddi keçirlər.

Məsələn, Stella Ferreyra adlı qadın bərbərə getmək, paltar və benzin almaq üçün adambaşı 100 dollara dostları ilə Argentinaya gedə bildiyini sosial şəbəkələrdə paylaşıb. Uruqvayda isə ancaq bu pulla bərbərə gedə bilirlər.

Argentina pesosu ABŞ dolları qarşısında əriyərkən, ölkə uzun illərdir ki, inflyasiya spiralında boğulur.

Argentina 110% ilə dünyada ən yüksək inflyasiyaya malik ölkələrdən biridir. Bu, ölkə əhalisinin ağır iqtisadi böhran yaşamasına səbəb olur.

Digər tərəfdən, Uruqvaydan olan müştərilər Gualeguaychu, Concordia və Colon kimi şəhərlərdə ticarətçilər üçün xilasedici rol oynayırlar.

Bu şəhərlərdəki pərakəndə alışların yarıdan çoxunun uruqvaylılar tərəfindən edildiyi bildirilir.

Çünki Uruqvayda 5 dollar olan günəbaxan yağının litrini Argentinada 50 sentə, 10 dollara olan dəri kremini isə Argentinada 1 dollara almaq olar. Bir litr benzin Uruqvayda 2 dollara, Argentinada isə 52 sentə yaxındır.

Cənub yarımkürəsində tətilinin başlanğıcı olan 30 iyun və 4 iyul tarixləri arasında 100.000-dən çox uruqvaylı Argentinaya keçib. Uruqvayın ümumi əhalisi təxminən 3,4 milyon nəfərdir.

Oxşar vəziyyət Çili, Paraqvay və Braziliya sərhədlərində də yaşanır. Vergi və gömrük işçiləri sərhədlərarası alış-verişi məhdudlaşdırmağa çalışsalar da, praktikada o qədər də uğurlu olmurlar.

Murad Şahməmməd