Ərdoğan Putinlə “tarixi” taxıl sövdələşməsini müzakirə edəcəyini bildirib

Ərdoğan Putinlə “tarixi” taxıl sövdələşməsini müzakirə edəcəyini bildirib

17 İyul 2023 21:48
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə taxıl müqaviləsi ilə bağlı danışıqlar aparacağını bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu xəbər agentliyinin yaydığı məlumatda deyilir.

Ərdoğanın sözlərinə görə, taxıl sövdələşməsi uğurlu diplomatiya nümunəsi kimi tarixə düşüb. Türkiyə lideri ümid edir ki, Putin razılaşmanın davam etməsini istəyir.

“Təşəbbüs çərçivəsində 33 milyon tondan çox məhsul tədarük edilib. Onun sayəsində bir çox yoxsul ölkələrdə ərzaq böhranının qarşısı alındı”, - deyə Ərdoğan Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl bildirib.

Taxıl müqaviləsinin müddəti iyulun 17-də başa çatıb. Putinin sözçüsü Dmitri Peskov həmin gün razılaşmaların "bu gün faktiki olaraq qüvvəsini itirdiyini" deyib.

Əziz Mustafa, Oxumeni.az