Rusiya razılaşmaya qayıtmaq şərtini açıqlayıb

Rusiya razılaşmaya qayıtmaq şərtini açıqlayıb

18 İyul 2023 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya, Qərbin ona qarşı ərzaq və gübrələrinə tətbiq etdiyi sanksiyalardan əl çəkəcəyi təqdirdə, iyulun 18-də fəaliyyətini dayandıracaq Qara Dəniz Taxıl Dəhlizi sazişinə qayıdacaqlarını açıqlayıb.

Rusiyanın Qara Dəniz Taxıl Sazişinə xitam verdiyini elan etməsi dünyada geniş əks-səda doğurub. Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və ABŞ qərara reaksiya verib.

Ərdoğana və BMT Baş katibinə məsələ ilə bağlı məktub göndərən Zelenski isə deyib ki, "Qara Dəniz Taxıl Təşəbbüsü Rusiyasız da fəaliyyət göstərə bilər və davam etməlidir. Bu saziş qüvvədə qalır. Yalnız bu sazişin diqqətlə icrası qalır. Mən bu konsepsiyanın ekvivalenti olan konsepsiya üzərində işləmək təklifləri ilə məktublar göndərmişəm. Üçlü formatda razılaşma Ukrayna, BMT və Türkiyə birlikdə qida dəhlizinin fəaliyyətini və gəmilərin yoxlanılmasını təmin edə bilər”- kimi ifadələr işlədib.

Murad Şahməmməd