Rusiyada qiymətlərin  güclü artımı gözlənilir

Rusiyada qiymətlərin güclü artımı gözlənilir

20 İyul 2023 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya valyutasını dünyada ən zəif ilk 3-lük sırasına daxil edən və dəyişkənliyə görə dünya lideri edən rublun yay devalvasiyası davam edir.

Oxuməni.az xəbər verir ki, bu da Rusiya iqtisadiyyatına müharibənin başlanğıcından bəri inflyasiyada ən güclü sürətlənmə vəd edir.

İçkilərdən tutmuş avtomobil və məişət texnikasına qədər malların pərakəndə satışı və distribütorları dolların 90 rubla yüksəlməsindən və avronun 100 həddini keçməsindən sonra qiymətlər ikirəqəmli sürətlə artmağa başlayıb.

"Ölkə böyük inflyasiya fəlakətinin astanasındadır, rublun devalvasiyası istehlakçılar arasında inflyasiya gözləntilərinin artmasına səbəb olub, onlar daha çox xərcləyirlər və bu, inflyasiya təzyiqini əhəmiyyətli dərəcədə artırır", - deyə Money Management International (qeyri-kommersiya təşkilatı) analitikləri bildirirlər.

Rusiya Mərkəzi Bankı inflyasiya artımına pul siyasətini sərtləşdirməklə cavab verəcək.

"Lakin devalvasiyanın təsiri qaçılmaz olaraq uzun müddət davam edəcək: rubl möhkəmlənsə belə, idxalçılar öz qiymətlərinə daha yüksək səviyyəli məzənnələri daxil edəcəklər",- deyə GPB Private Banking-in idarəedici direktoru Egor Susin xəbərdar edir.

Əziz Baş Göynüklü