Rus qazından imtina Almaniyadakı vəziyyətin heç də yaxşı olmadığını göstərir

Rus qazından imtina Almaniyadakı vəziyyətin heç də yaxşı olmadığını göstərir

3 Avqust 2023 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ucuz rus qazından imtina Almaniyada həm də enerji tutumlu kimya sənayesindəki problemlər səbəbindən durğunluğa səbəb olub. Almaniya iqtisadiyyatının gələcəyi heç də ürəkaçan deyil. Bu barədə «JB Press»-in Yaponiya nəşri yazıb.
Məqalədə qeyd olunur ki, qazın yüksək qiymətləri səbəbindən Almaniyada kimya, polad və alüminium sənayesi tədricən hasilatı xaricə köçürür. İqlim dəyişikliyi ilə mübarizə üçün bahalı tədbirlərə qarşı çıxan ifrat sağçı Almaniya üçün Alternativ partiyasına dəstəyin artdığı ölkədəki siyasi vəziyyət də iqtisadi ləngiməni daha da gücləndirir. Jurnalistlərin fikrincə, bu cür hisslər güclənərsə, o zaman Avropada iqlimlə bağlı təşəbbüslər kənara atıla bilər.

Murad Şahməmməd