Ərdoğan Azərbaycanla daha bir razılaşmanı təsdiqləyib

Ərdoğan Azərbaycanla daha bir razılaşmanı təsdiqləyib

4 Avqust 2023 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında mədən sənayesində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin hökumət qəzeti “Resmi Gazete” məlumat yayıb.

12 bənddən ibarət sənəd 2021-ci il dekabrın 22-də Bakıda imzalanıb. Türkiyə hökuməti adından onu o zaman energetika və təbii sərvətlər naziri vəzifəsində çalışan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.

Saziş dağ-mədən sənayesində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Əziz Mustafa