«Zoom» uzaqdan çalışan işçilərin ofisə qayıtmasını istəyir

«Zoom» uzaqdan çalışan işçilərin ofisə qayıtmasını istəyir

8 Avqust 2023 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Pandemiya dövründə uzaqdan işləyən işçilərin ən çox üstünlük verdiyi «Zoom» tətbiqi artıq şirkətdən 80 km məsafədə olan işçilərinin həftədə 2 gün ofisə gəlməsinin məcburi olduğunu açıqlayıb. Pandemiya zamanı bir çox insanın uzaqdan işləməsinə imkan verən video söhbətləri ilə tanınan «Zoom» şirkəti, ofisindən 80 km məsafədə işləyən işçilərinə həftədə iki gün işə qayıtmalı olduqlarını söyləyib.

«Zoom»-un qlobal ictimaiyyətlə əlaqələr üzrə meneceri Colleen Rodriguez deyib: "Strukturlaşdırılmış hibrid yanaşma o deməkdir ki, ofis yaxınlığında yaşayan işçilər komandaları ilə qarşılıqlı əlaqə yaratmaq üçün həftədə iki gün şirkətdə olmalıdırlar".

Biz bunun «Zoom» üçün ən təsirli olduğuna inanırıq. “Şirkət olaraq biz öz texnologiyalarımızı istifadə etmək, innovasiyaları davam etdirmək və qlobal müştərilərimizi dəstəkləmək üçün daha yaxşı vəziyyətdəyik”.

«The New York Times» qəzetinin yazdığına görə, şirkətin yeni hibrid iş yanaşması avqust və sentyabr aylarında tətbiq olunacaq.

Murad Şahməmməd