Qazaxıstan Rusiya və Özbəkistandan üçtərəfli qaz birliyi ilə bağlı təklif almayıb

Qazaxıstan Rusiya və Özbəkistandan üçtərəfli qaz birliyi ilə bağlı təklif almayıb

16 Avqust 2023 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Rusiya və Özbəkistandan üçtərəfli qaz ittifaqı ilə bağlı heç bir təklif almayıb.

Bunu Qazaxıstan Energetika Nazirliyinin sözçüsü Şinqis İlyasov bildirib.

İndi Qazaxıstan Rusiya qazının Özbəkistana nəqli üçün "Mərkəzi Asiya - Mərkəz" magistral qaz kəmərinin öz hissəsinin texniki hazırlığı üzərində işləyir və bu işin oktyabrın 1-də başa çatdırılması planlaşdırılır. Bu barədə “Power” məlumat yayıb.

“Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Özbəkistan Respublikası arasında qaz sənayesində üçtərəfli əməkdaşlığın formalaşdırılması təşəbbüsü 2022-ci ilin noyabrında Rusiya Federasiyası tərəfindən elan edilib. Eyni zamanda, nə Rusiya, nə də Özbəkistan tərəfdən rəsmi təkliflər olmayıb”, - deyə İlyasov bildirib.

O xatırladıb ki, bu ölkələrlə qaz sahəsində əməkdaşlıq qarşılıqlı faydalı tərəfdaşlıq əsasında ikitərəfli formatda həyata keçirilir. Qazaxıstanın qaz nəqli sisteminin Rusiya qazının Özbəkistan istiqamətində tranziti üçün sərbəst imkanlara malik olduğunu nəzərə alaraq, Qazaxıstan Respublikası Hökuməti və Qazprom PJSC Rusiya qazının Özbəkistan Respublikasına nəqli üçün əvvəllər Mərkəzi Asiya-Mərkəz qaz kəmərinin hazırlanması üzrə tədbirlər planı imzalayıblar.

Əziz Salamoğlu